Şuşaya köçürülən Livan erməniləri – VİDEOFAKTbackend

Şuşaya köçürülən Livan erməniləri – VİDEOFAKT

Ermənilər işğal altındakı Azərbaycan ərazilərində süni məskunlaşdırma siyasətini davam etdirirlər.

KONKRET.az xəbər verir ki, süjetlərin birində yaxınlarda Livandan Qarabağın Şuşa şəhərinə köçürülmüş erməni ailəsi haqqında video təqdim olunub.

Toni Hacara adlı Livan ermənisi həyat yoldaşı və övladı ilə birlikdə Şuşada məskunlaşıb. O, doğma yurd-yuvalarından qovulmuş azərbaycanlılardan birinə məxsus evə köçüb. İxtisasca aşbaz olan Hacara Qarabağda Yaxın Şərq kulinariya məktəbini inkişaf etdirəcəyini deyib.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutda baş verən partlayışı bəhanə edən Ermənistan hakimiyyəti Livan ermənilərinin kütləvi köçünü təşkil edib. Son 2 ayda 10 təyyarə reysi ilə 1300-dən artıq erməni Ermənistan və Qarabağa köçürülüb. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*