Tacikistan sərhədlərin mühafizəsinə Rusiyanı cəlb etməyəcəkbackend

Tacikistan sərhədlərin mühafizəsinə Rusiyanı cəlb etməyəcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

“Tacikistan KTMT-ni sərhədlərin mühafizəsinə cəlb etməyi planlaşdırmır”.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə ŞƏT İşləri üzrə Milli Koordinator Əhməd Səidmurodzoda danışıb.

Xatırladaq ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bir müddət əvvəl Əfqanıstandan gələn təhlükənin qarşısını almaq üçün hərbi blokun qüvvələrindən istifadə olunmasının mümkünlüyünü qeyd etmişdi.

Nəzərdən qaçırmayaq ki, bu hərbi təşkilat Rusiyanın dominant olduğu qurumdur və əsasən də onun siyasi maraqlarına xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*