“Taciklər Türkiyədə təlim keçib” – Rusiyanın məşhur nəşrindən “Ankara terrorun ortağıdır” iftirasıbackend

“Taciklər Türkiyədə təlim keçib” – Rusiyanın məşhur nəşrindən “Ankara terrorun ortağıdır” iftirası

Moskvadakı son teraktda Ukrayna izi axtaran rus şovinistləri indi də əsassız olaraq Türkiyəni hədəf seçiblər.

KONKRET.az Rusiyanın “pravda.ru” saytına istinadən xəbər verir ki, belə bir iddia ilə köşə yazarı Lyubov Stepuşovanın ““Crocus”dakı terakt Rusiyanın Türkiyəyə yanaşmasını həmişəlik dəyişəcək” başlıqlı məqaləsində irəli sürülüb.

Məqalədə iddia edilib ki, Türkiyə uzun müddətdir Ukrayna ilə sülh danışıqlarının aparılmasına çalışır, amma əslində “o, terrorun ortağıdır”. “Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri dəfələrlə təxirə salınıb və Türkiyənin “Crocus City Hall”da terror aktı hazırlamağa cəlb olunması səbəbindən indi də baş tutmayacaq”, – deyə müəllif iddia edib.

O, öz fikrini hazırda həbs olunan iki tacikin fevralın sonunda Türkiyəyə səfər etməsi ilə və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun “Ukrayna xüsusi xidmət orqanları terrorçulara Türkiyədə təlim keçib” açıqlaması ilə əsaslandırmağa çalışıb.

Xatirə SADİQ,

KONKRET.az

  • Garachanta
    Mart 29, 2024 - 21:17

    rus gavurları hələ Türkiyə ilə müharibəyə də başlayacaq….bu lənət olunmuş ölkə dünyanın başına bəla olub…özü batır və özü ilə Qafqazı, azərbaycanı və Türkiyəni batırmaq istəyir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*