Taliban Rusiya kəşfiyyatı ilə əlaqəsi olması barədə “Nyu York Tayms” qəzetinin yaydığı məlumatı təkzib edir.
KONKRET.az xəbər verir ki, bu barədə Taliban sözçüsü Zəbihullah Mücahid deyib. O bildirib ki, Taliban bu iddianı rədd edir:
“Bir sıra Qərb KİV-də Talibanın ABŞ hərbiçilərini öldürmək və bu kimi digər işlər üçün Rusiyadan pul alması ilə bağlı məlumatlar yayıldı. Biz bu iddianı qətiyyətlə rədd edirik ”
Qeyd edək ki, “Nyu York Tayms” qəzeti Rusiyanın Əfqanıstanda antiterror koalisiyası, o cümlədən ABŞ hərbçilərinin məhvinə görə mükafat təklif etməsi barədə məlumat paylaşmışdı.
axar.az