“Talibanın Tacikistana girib-girməcəyinə Çin qərar verəcək” – DETALLARbackend

"Talibanın Tacikistana girib-girməcəyinə Çin qərar verəcək" - DETALLAR

“Talibanın Tacikistana girib-girməcəyinə Çin qərar verəcək”.

Artıq bu fikirlər Əfqanıstandakı hadisələri yaxından izləyən siyasi analitikləri düşündürən ən mühüm məsələdir. Məlum olduğu kimi, taliblərin arxasında bir qüvvə kimi Pakistan dayanır və Pakistan indi faktiki olaraq Çinin ən yaxın müttəfiqidir. Tacikistan iqtisadiyyatının (elektrik enerjisindən mədən sektoruna qədər) Çinə aid olması da kifayət qədər məlum bir həqiqətdir. Beynəlxaql ekspertləri isə bu sual düşündürür ki, Çin niyə Talibanı Tacikistana qarşı qoymalıdır ki?!

Anlamaq lazımdır ki, Talibanın mübarizəsi yüz milyonlarla dollar və silah tələb edir Pul və silah isə taliblərə Pakistandan gəlir. Pakistanı isə onun yaxın müttəfiqi Çin maliyyələşdirirş Məqsəd isə əsasən aşağıdakılardır:

  1. Taliban getdikcə ABŞ-ın nüfuzuna xələl gətirir və bölgədəki təsirini zəiflədir.
  2. Körfəz ölkələrindən və İrandan Çinə əlavə neft və qaz boru kəmərləri Əfqanıstan üzərindən çəkilə bilər.
  3. Çin Əfqanıstanda (dəmirdən litiuma qədər) Çin sənayesində və iqtisadiyyatında çatışmayan çoxlu miqdarda qiymətli qaynaqları öz ixtiyarına verir.

Buna görə də mənim fikrimcə, Talibanın Əfqanıstanı ələ keçirməsində daha çox qazanan Çindir.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*