Tanınmış avtoidman pilotu 41 yaşında öldübackend

Tanınmış avtoidman pilotu 41 yaşında öldü

Milli Seriya Avtomobil Yarışları Assosiasiyasının (NASCAR) ikiqat çempionu, məşhur amerikalı pilot Kayl Buş 41 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı NASCAR məlumat yayıb.

“Dərin kədər və ağrı hissi ilə Kubokun ikiqat çempionu, idmanımızın ən böyük və qorxmaz yarışçılarından biri olan Kayl Buşun vəfat etdiyini bildiririk. Onun cəmi 41 yaşı var idi. Biz Buş ailəsinə, “Richard Childress Racing” komandasına və bütövlükdə avtoidman ictimaiyyətinə başsağlığımızı çatdırırıq”, – məlumatda bildirilib.

Məşhur pilotun ölümünün dəqiq səbəbi açıqlanmasa da, onun ağır xəstəlik səbəbindən xəstəxanaya yerləşdirildiyi məlum idi.

Qeyd edək ki, Kayl Buş 2003-cü ildən etibarən NASCAR yarışlarında çıxış edirdi. O, 2015 və 2019-cu illərdə zirvəni fəth edərək “NASCAR Cup Series”in ikiqat çempionu adını qazanıb. Onun peşəkarlığı 2023-cü ildə bir daha etiraf edilib və Buş NASCAR tarixinin ən böyük 75 yarışçısı siyahısına daxil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*