Tanınmış bloger HƏBS EDİLDİ – Beynəlxalq axtarışa verilmişdi – FOTObackend

Tanınmış bloger HƏBS EDİLDİ - Beynəlxalq axtarışa verilmişdi - FOTO

Ukraynada vətənə xəyanətdə şübhəli bilinərək axtarışa verilən rusiyapərəst bloger Anatoli Şariy İspaniya polisi tərəfindən paytaxt Madriddə saxlanılıb.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti açıqlama yayıb.

“Bu həbs Ukraynaya xəyanət edən hər bir şəxsin gec-tez layiqli cəzasını alacağına dair sübutdur”, – qurumun açıqlamasında qeyd edilib.

Qeyd edək ki, “YouTube”da üç milyona yaxın abunəçisi olan Anatoli Şariy 2021-ci ildən beynəlxalq axtarışa verilmişdi.

Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*