backend

Tanınmış inşaatçı Gülbahar Vəliyeva vəfat etdi

Tanınmış inşaatçı Gülbahar Vəliyeva vəfat edib.

KONKRET. az xəbər verir ki, tanınmış inşaatçı, Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü Gülbahar Nemət qızı Vəliyeva 93 yaşında vəfat edib.

Qeyd edək ki, G.Vəliyeva 1930-cu ildə Şamaxı rayonunda anadan olub. 1949-cu ildən Sumqayıtda yaşayıb. Uzun müddət rəngsazlar briqadiri işləyib, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə şəhər Sovetinin deputatı seçilib. “Oktyabr inqilabı”, “Əmək Şöhrəti”, “Şöhrət” ordenləri ilə təltif olunub.

O, Sumqayıtın quruculuğunda, ictimai-siyasi həyatında fəal iştirak edib və müxtəlif medallar, fəxri fərmanlara layiq görülüb.REPORT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*