Tanınmış müğənni pambıq yığmağa getdi – FOTObackend

Tanınmış müğənni pambıq yığmağa getdi - FOTO

Müğənni neçə kiloqram pambıq topladığını bildirməyib

Məşhur tacik pop musiqi ifaçısı Nigina Amonkulova pambıq yığımında iştirak edib. Pop ulduz bunu Facebook və İnstaqram səhifələrində elan edib.

Müğənni pambıq tarlalarından fotoları yayımlayıb və status yazıb: “Pambıq yığıram”. Facebook-da müğənninin az qala bütün fanatları onu dəstəkləyiblər. Kimsə hətta minnətdarlığını da bildirib və uğurlar arzulayıb.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bəziləri müğənninin bu təşəbbüsünü bəyənməyiblər və əsil pambıq toplayan kolxozçular üçün mahnı oxumasını tövsiyə ediblər. Bəziləri isə belə bir manikür olunmuş barmaqlarla pambıq yığmağın çox əlverişsiz olduğunu yazıblar: “Niginaxon, mənə elə gəlir ki, pambıq yığmaq üçün manikürlü barmaqlar yeni metoddur…”.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Digər bir istifadəçi müğənniyə özünü qorumağı məsləhət görüb: “Sənə mahnı oxumaq yaraşır, pambığı isə qoy buna görə pul alanlar yığsınlar. Ona görə də özünü qoru, sən hələ bu xalqa çox lazımsan…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*