“TAP layihəsi artıq icra mərhələsindədir” – İcraçı direktorbackend

"TAP layihəsi artıq icra mərhələsindədir" - İcraçı direktor

Trans Adriatik Boru (TAP) layihəsi artıq icra mərhələsindədir.

TAP-ın rəsmi veb saytının yazdığına görə, layihə üzrə yeni korperativ veb sayt istifadəyə veriləcək.

TAP-ın icraçı direktoru Luka Skyeppati bildirib ki, artıq layihənin istismar mərhələsinə keçid edilir və bu dövrdə yeni korperativ veb sayt layihənin icrası və onun davamı ilə əlaqədar ötürmə sistemi kimi izləyicilərə əhəmiyyətli məlumatların verilməsində önəmli rol oynayacaq.

TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Vəysəlov məsələ ilə bağlı əlavə edib ki, yeni veb sayt milli və beynəlxalq tərəfdaşlara etibarlı məlumatların verilməsi üçün vacib rol oynayacaq.

Belə ki, növbəti 10 illiklər ərzində də layihənin icra prosesində əlaqələrin saxlanılması və bu əlaqələri asanlaşdıracaq yeni veb sayt gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*