“Taqavard sakinləri qohumlarının məzarını ziyarət edə bilmirlər” – Stepanyanbackend

"Taqavard sakinləri qohumlarının məzarını ziyarət edə bilmirlər" - Stepanyan

“Taqavard sakinləri qohumlarının məzarını ziyarət etmək imkanından məhrumdurlar”.

KONKRET.az xəbər verir ki, bunu “arsaxın ombudsmanı” Qeqam Stepanyan deyib. Taqavard kəndi Azərbaycanın Xocavənd rayonunda yerləşir. Stepanyan 44 günlük müharibədən sonra ermənilərin kənddə yerləşən qəbiristanlığı ziyarət edə bilməmələrini bildirib.

“Son bir il ərzində Taqavard icmasının sakinləri 2020-ci il müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçən kommunal qəbiristanlığa girişin mümkünsüzlüyü ilə bağlı daim məsələ qaldırıblar. Qəbiristanlıq icmanın “işğal olunmuş” hissəsində, hazırda Taqavard sakinlərinin yaşadığı yerdən bir neçə kilometr aralıda yerləşir.

İnsanların öz yaxınlarının xatirəsini ehtiramla yad etmək, həmçinin məzarlarını ziyarət etmək ixtiyarı var. Lakin Azərbaycan tərəfi anlayış nümayiş etdirmir və icma sakinlərinə imkan vermir.
Mən dövlət qurumlarının, Rusiya sülhməramlılarının, eləcə də humanitar missiyalar həyata keçirən beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqətini bu humanitar məsələyə cəlb etmək istərdim.
Üstəlik, bu ən mühüm məsələ təkcə Taqavard sakinlərini deyil, həm də Arsaxın işğal olunmuş ərazilərinin bütün sakinlərini narahat edir”, – deyə Stepanyan bildirib.

Bu yerdə Qeqama və bütün ermənilərə üzümüzü tutub demək istəyirik ki, bəs 30 ildir doğma torpaqlarını işğal edib qovduğunuz insanların məzarlıqları yox idi? Bəs onların yaxınlarının xatirəsini ehtiramla yad etmək, həmçinin məzarlarını ziyarət etmək ixtiyarı yox idi? Bəs Dilqəm Əsgərov valideyninin məzarını ziyarət etmək istəyəndə, “terrorçu” damğası ilə ömürlük həbsə atan siz deyildiniz? Bəs işğal etdiyiniz torpaqlarda tikililərlə yanaşı barbarlıqla dağıtdığınız, sümüklərinə də tamah saldığınız məzarlıqlar deyildi? Heç bir il keçməyib yaxınlarınızdan ötrü darıxırsınız. Bəs 30 il həsrətlə gözləyib, sonunda da əzizlərini ziyarət etməyə məzar nədir, heç daşını da tapmayan azərbaycanlılara nə sözünüz var? Nə isə, öz gözündə tiri görməyən, özgə gözündə çöp axtarar…”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*