Tarif Şurasından qərar – ŞAD XƏBƏRbackend

Tarif Şurasından qərar - ŞAD XƏBƏR

Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq olunması əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan verəcəkdir.

KONKRET.az Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinə istinadən xəbər verir ki, Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması və əczaçılıq sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Bu məqsədə nail olmaq üçün yeni istehsal müəssisələri yaradılır, qanunvericilik təkmilləşdirilir.

Bildirilib ki, dövlət başçısının müvafiq Fərmanı ilə “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif (qiymət) Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılıb.

Bununla əlaqədar olaraq, 15 sentyabr 2023-cü il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Tarif (qiymət) Şurası hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.

Qeyd edilib ki, bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.

Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcəkdir.

Tariflər 15 sentyabr 2023-cü il tarixindən qüvvəyə minir. Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

  • Ольга
    Sentyabr 17, 2023 - 21:11

    Да будет так !!! Сложно покупать лекарства через каждые 5 дней. Цены кусаються. А без лекарств нк получается.Надееися на вас…..

  • Arzu
    Sentyabr 22, 2023 - 10:42

    Cetin sad xeber olar bu…Yene aptek mudirleri oz insaflarina qalanda 10-12% pul qoyurlar dermanin ustune.Tarif surasi standart 20% pul qoyur.Neyi sad xeberdir bunun?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*