Tarixçi Xan Şuşinskinin Azərbaycan bayrağını gizlicə vəsf etdiyini açıqladı – VİDEObackend

Tarixçi Xan Şuşinskinin Azərbaycan bayrağını gizlicə vəsf etdiyini açıqladı - VİDEO

Elmar Həsənli, tanınmış tarixçi

Xalq artisti, ustad xanəndə Xan Şuşinski sovet dövründə Azərbaycan bayrağını gizlicə “Şuşanın dağları başı dumanlı” adlı mahnıda vəsf edib.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə tanınmış tarixçi Elmar Həsənli paylaşım edib.

O bildirib ki, üçrəngli Azərbaycan bayrağının qadağan edildiyi bir dönəmdə Xan Şuşinski onu simvolikalar ilə təsvir edib:

“Şuşanın dağları başı dumanlı,

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdu gümanım.

Ay qız, bu nə qaş göz, bu nə tel,

Ölərəm dərdindən, onu bil,

Danışmasan da balam, barı gül”.

Tarixçi əlavə edib ki, ustad xanəndə dağların başı dumanlı, qırmızı qoftalı və yaşıl tumanlı deməklə müvafiq olaraq mavi, qırmızı və yaşıl rənglərə, qaş deməklə ayparaya, göz deməklə isə ulduza işarə edərək Azərbaycan bayrağının simvolik təsvirini yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*