Dünən bakıda keçirilən Zəfər paradı qardaş ölkənin də mətbuatının gündəmində olub.
KONKRET.az xəbər verir ki, Türkiyənin bir çox telekanalı Qələbə paradını canlı yayımlayıb, yazılı mətbuat isə bu barədə məqalələr, “Tarixi günə damğa vuran şəkillər” başlıqlı xəbərlər dərc ediblər.
Bir çox mətbuat orqanında qeyd olunub ki, paradda düşməndə qorxu, dostda etibar yaradılıb. Vurğulanıb ki, Azərbaycan və Türkiyə əsgərlərinin bir arada olması fərəh hissi yaradıb və dünyaya önəmli mesajlar verib.
