Tatoyan: “Qarabağ ermənilərini təhqir etmək yox, onların yanında durmaq lazımdır”backend

Tatoyan: "Qarabağ ermənilərini təhqir etmək yox, onların yanında durmaq lazımdır"

Qarabağ ermənilərinin son günlər sosial şəbəkələrdə təhqir edilməsi adi hala çevrilib. Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan onlara bu cür yanaşmaları qətiyyən qəbuledilməz hesab edir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan İnsan Hüquqları Müdafiəçisi Ofisinin mətbuat xidmətindən “Armenpress”-ə verdiyi məlumatda deyilir. Bildirilir ki, “Araşdırmamız göstərir ki, sosial şəbəkələrdə Qarabağ ermənilərinə qarşı ayrı-seçkilik, hətta bəzi hallarda daxili düşmənçilik səviyyəsinə çatan ifadələr işlədilir. Üstəlik, saxta və ya şübhəli səhifələr tərəfindən təhrik olunurlar. Bu isə yolverilməzdir”.

Ombudsman aparatından verilən açıqlamada “soydaşlarımızı diqqətli olmağa, Qarabağdakı ermənilərin heysiyyatı ilə oynamağa yox, onların yanında durmağa çağırırıq”, – deyilir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*