Tayvan: “Dəqiqədə 170 milyona qədər kiberhücuma məruz qaldıq”backend

Tayvan: "Dəqiqədə 170 milyona qədər kiberhücuma məruz qaldıq"

Tayvana dəqiqədə 170 milyona qədər kiberhücumu edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tayvanın xarici işlər naziri Cozef Vu keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri zamanı Çin və Rusiyadakı IP ünvanlarından Tayvanın Xarici İşlər Nazirliyi və hökumətini iflic etmək üçün istifadə edilib.

Nazir bildirib ki, avqustun 4-ü gecə saatlarında başlayan intensiv kiberhücumlar avqustun 5-i və 6-da dəqiqədə 170 milyona yüksəlib.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*