Tbilisidə qızıl qaçaqmalçılığına görə ermənilər saxlanıldıbackend

Tbilisidə qızıl qaçaqmalçılığına görə ermənilər saxlanıldı

Tbilisi hava limanının nəzarət-buraxılış məntəqəsində Ermənistanın 2 vətəndaşı qızıl qaçaqmalçılığına görə saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilir ki, saxlanılanlardan qaçaqmalçılıq yolu ilə gətirilən 37 min lari (təxminən 12 min dollar) dəyərində 322,5 qram qızıl-zinət əşyası müsadirə edilib.

Ermənilərdən birinə 14 304 lari (təxminən 4400 dollar) dəyərində cərimə təyin olunub. Digərinin işi isə İstintaq xidmətinə göndərilib. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*