TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqladı – YENİLƏNİBbackend

TƏBİB Ağdam xəstəxanasında zəhərlənən tibb işçilərinin durumunu açıqladı - YENİLƏNİB

“Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib”. 

Bu barədə KONKRET.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir: “Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır”.

***

14:22

Ağdamda Mərkəzi Xəstəxanasının tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində dezinfeksiya işlərinin aparılması olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*