TƏBİB Lerikdə ağır qəzada xəsarət alanlar barədə məlumat yaydı – VİDEObackend

TƏBİB Lerikdə ağır qəzada xəsarət alanlar barədə məlumat yaydı - VİDEO

Lerik rayonunun Günəşli kəndində baş verən yol qəzası ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.

Bu barədə KONKRET.az-a TƏBİB-dən bildirilib.

Qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*