TƏBİB: Şəkidə avtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıbbackend

TƏBİB: Şəkidə avtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb

Şəki şəhərində avtobus aşması zamanı xəsarət almış 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

TƏBİB-dən KONKRET.az-a verilən xəbərə görə, vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb.

Bir nəfərə isə bel nahiyəsinin küt travması, ll bel fəqərəsinin sınığı diaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*