TƏCİLİ: ABŞ və İran razılaşmasının detalları məlum oldubackend

TƏCİLİ: ABŞ və İran razılaşmasının detalları məlum oldu

ABŞ və İran arasında müzakirə olunan yeni saziş layihəsi Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tutur.

KONKRET.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı əldə etdiyi sənədə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ İranın ikitərəfli razılaşmanın bütün şərtlərinə dəqiq əməl etməsi qarşılığında antiiran məhdudiyyətlərini tədricən aradan qaldırmağa hazırdır.

Telekanalın iddiasına əsasən, saziş layihəsində tərəflərin infrastruktur obyektlərinə hücumları dayandırmaq öhdəliyi də yer alıb. Söhbətin hərbi, mülki və iqtisadi infrastrukturlardan getdiyi bildirilir.

Bundan əlavə, İran və ABŞ gələcəkdə yarana biləcək münaqişələrin həlli üçün birgə mexanizm yaratmağı planlaşdırır. Layihəyə görə, sənəd yalnız hər iki tərəf tərəfindən rəsmi şəkildə açıqlanandan sonra qüvvəyə minmiş hesab olunacaq.

Bu arada ABŞ dövlət katibi Marko Rubio Helsinqborqda keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısı öncəsi bildirib ki, İran ətrafındakı vəziyyətlə bağlı danışıqlarda müəyyən irəliləyiş müşahidə olunur.

“İran məsələsinə gəlincə, hazırda aparılan danışıqlarla bağlı məlumatları gözləyirik. Kiçik irəliləyiş var. Mən bunu şişirtmək istəmirəm, amma müəyyən hərəkətlilik müşahidə olunur və bu, müsbət haldır. Əsas prinsiplər dəyişməz qalır. İran nüvə silahına sahib olmamalıdır. Bu məqsədə çatmaq üçün uranın zənginləşdirilməsi və yüksək zənginləşdirilmiş uran məsələsi həll edilməlidir”, – deyə Rubio vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*