TƏCİLİ – Əhali yaşayış binasından çıxarıldı – FOTOLARbackend

TƏCİLİ - Əhali yaşayış binasından çıxarıldı - FOTOLAR

Tovuz rayonunda yaşayış binasının zirzəmisindən partlamamış mərmi tapılıb.

KONKRET.az-ın Gəncə-Qazax bürosunun verdiyi məlumata əsasən mərmi rayonun Xəqani küçəsi bina 8 ünvanında 5 mərtəbəli binanın zirzəmisində aşkar edillib.Tapılan qurğu yanmış vəziyyətdə 82 mm mina atan mərmisidir.

Əraziyə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) əməkdaşları cəlb edilib. Binada yaşayanlar ərazidən uzaqlaşdırılıb. Hazırda mütəxəssislər tərəfindən ərazidə əməliyyat tədbirləri davam etdirilir. Əlavə mərmi və ya partlayıcıların olub-olmaması araşdırılır. Axtarış işlərinə xüsusi itlər də cəlb edilib. Tapılan mərmi daşınması mümkün olarsa ANAMA-nın partlayıcı ərazisinə aparılacaq. Daşınması mümkün olmadıqda isə məhdud mümkün olan yer seçiləcək və mərmi zərərsizləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*