Təhlükəli avtokranın fəaliyyəti dayandırıldı – VİDEObackend

Təhlükəli avtokranın fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən Gəncə şəhəri, Totanlı küçəsində fəaliyyət göstərən “KS-3579” markalı avtokranda plan üzrə yoxlama aparılıb.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, yoxlama zamanı avtokranın istismar müddətinin bitdiyi, texniki nəzarətin təşkili üzrə cavabdeh şəxsin təyin edilmədiyi və kranın tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib.

Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun olaraq inzibati akt tərtib edilməklə avtokranın fəaliyyəti dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*