Təhlükəli selfi çəkən qadın gəmidən qovuldubackend

Təhlükəli selfi çəkən qadın gəmidən qovuldu

Amerikanın kruiz kompaniyası “Royal Caribbean International” sərnişini olan qadını laynerindən düşürərək ona həmişəlik şirkətin xidmətlərindən istifadəni qadağan edib. 

KONKRET.AZ xəbər verir ki, CNN-in məlumatına görə, buna səbəb qadının laynerdə həyatını riskə ataraq selfi çəkdirməsi olub.

Kayutunun eyvanına çıxan sərnişin oradan gəminin karkas hissəsinə qalxıb. Qadının məqsədi maraqlı selfi çəkmək olub. Bunu görən sərnişinlərdən biri kapitan heyətinə məlumat verib.

Gəminin idarəetmə heyəti qadını dayandıqları Yamayka sahillərində düşürüb. Bundan başqa həmin qadına şirkətin xidmətlərindən istifadə qadağan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*