KONKRET.az xəbər verir ki, Arşavir Qaramyan özünün facebook səhifəsində Qarabağda vəziyyətin getdikcə pisləşdiyini yazıb.

O, statusunda belə də yazıb: “Deyilənə görə, tarixin özünü təkrarlamaq vərdişi var və biz onun dərslərindən nəticə çıxarmırıq. Yeni gələn siyasətçilərə üz tuturam: Bölgədəki geosiyasi və hərbi-siyasi vəziyyəti hərtərəfli və ciddi şəkildə öyrənmək, təhlil etmək lazımdır. Çox uzaqgörən olmamaq fəlakətlərə səbəb olar.
Ehtiyatlı və uzaqgörən olun ki, millətin gözündə “qızıl balıq” statusunda görünməyək, darmadağın olunmuş ölkədə yaşamayaq”.
Separatçı rejimin Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması onun regionda vəziyyətin ermənilərin ziyanına dəyişməsi ilə əlaqədardır. “Tarix təkrar oluna bilər” – deyəndə Qaramyan 90-cı illərdə Xankəndində ağır iqtisadi böhrana işarə edir.