Təhsil İdarəsinin müdiri “Azəristiliktəchizat”ı İTTİHAM ETDİbackend

Təhsil İdarəsinin müdiri “Azəristiliktəchizat”ı İTTİHAM ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində istilik probleminin şagirdlərin dərsə davamiyyətinə təsiri məsələsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, İdarə müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında istiliklə bağlı problemin məktəblərdə davamiyyətin aşağı düşməsinə nisbətən təsir etdiyini deyib.

O qeyd edib ki, məktəblərdə davamiyyətin aşağı düşməsinin səbəbləri müxtəlifdir:

“İstilik yeganə səbəb deyil. Növbəti həftənin bazar ertəsindən etibarən məktəblərdə istilik təmin olunacaq. Şagirdlər isti sinif otaqlarında təhsilllərini davam etdirəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*