“Tələsmək lazım deyil” – Çavuşoğludan “Taliban” AÇIQLAMASIbackend

"Tələsmək lazım deyil” - Çavuşoğludan “Taliban” AÇIQLAMASI

“Taliban” hökumətini tanımaq məsələsində tələsmək lazım deyil”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV”yə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, dünya da bu məsələdə tələsməməlidir.

“Hökumətin inklüziv olması lazımdır. Hökumətdə yalnız “Taliban” deyil, digər etnik qruplardan insanlar da olmalıdır. Qadınlara da yer vermək lazımdır”, – deyə Çavuşoğlu qeyd edib.

Bununla yanaşı, o, Kabil hava limanından təxliyyə edilən vətəndaşların sayını da açıqlayıb:

“1400-dən çox insanı təxliyyə etdik. Onların 1060-ı bizim vətəndaşımızdır. Hazırda Kabil hava limanında 19 texniki işçimiz çalışır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*