Televiziyalarda baş verənlərə görə cəza ola bilər – Aqil Abbasbackend

Televiziyalarda baş verənlərə görə cəza ola bilər - Aqil Abbas

Son zamanlar ölkənin televiziya kanallarında yayımlanan verilişlərdə etik normaların pozulması, nalayiq ifadələrin, tanınmışlar arasında düşən qalmaqalların gündəm yaratmaq xatirinə efirə verilməsi ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Bu səbəbdən sosial şəbəkələrdə televiziya kanallarına senzura tətbiqi tələb edilir.

KONKRET.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas Pravda.az-a açıqlamasında belə deyib:

“Senzuranı bərpa etmək olmaz. Sadəcə, Audiovizual Şura tədbir görməli, cəzalandırmalıdır. Efiri 24 saat bağlamaq, reklam buraxmamaq və s. kimi tədbirlər görməlidir. Yoxsa siz, biz, tamaşaçı nə edə bilər ki? Başqa cəza nə ola bilər? Döyəcəklər? Yenidən senzuranı qaytarmaq ayıbdır. Nə danışırsınız? Senzuranın ləğvi barədə qərarı ulu öndər Heydər Əliyev qəbul edib. Qaytarmaq olmaz”, – deputat bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*