Moskva məhkəməsi Çerkizovsk bazarının keçmiş sahibi Telman İsmayılovun qardaşı Rafiq İsmayılovu silahla adam öldürməkdə və silahın qanunsuz dövriyyəsində təqsirli bilərək ona 17 il həbs cəzası verib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.
Şübhəlinin ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndəriləcəyi dəqiqləşdirilib.
Məhkəmənin qərarına əsasən, Rafiq İsmayılov zərərçəkmişlərə 2 milyon 480 min rubl ödəməyi öhdəsinə götürüb.
Məlum olduğu kimi, Telman İsmayılov iki qətlin təşkili ittihamı ilə qiyabi həbs edilib.
Babək Göyüş
KONKRET.az
