Təmir sexində partlayış – Usta öldübackend

Təmir sexində partlayış - Usta öldü

Bərdə rayon sakini sexdə təmir etdiyi təkərin partlaması nəticəsində ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, hadisə avqustun 1-i saat 18 radələrində baş verib.

1982-ci il təvəllüdlü Samir Hümbətovun özünə məxsus sexdə təkər təmir edən zaman təkərin partlaması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*