Ter-Petrosyan Paşinyanla canlı debatdan imtina etdi.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidentinin mətbuat katibi Arman Musinyan məlumat verib.
Ter-Petrosyan ölkəni milli fəlakətə gətirib çıxaran şəxslə danışacaq heç bir sözünün olmadığını söyləyib.
Xatırladaq ki, Paşinyan Ter-Petrosyan və ikinci prezident Robert Köçəryanı 18 iyun tarixində Qarabağ mövzusunda İctimai TV-nin efirində debat keçirməyə dəvət etmişdi.
Xuraman Etibarlı
KONKRET.az
