Rus sülhməramlıları terrorçu Norayr Mirzoyanı Ermənistan tərəfinə təhvil verib.
KONKRET.az bu barədə erməni mətbuatına istinadla xəbər verir. Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Şuşa şəhəri yaxınlığında erməni terrorçunun hücumu faktını təsdiqləyib, üç Azərbaycan əsgəri yaralanıb.
Fakt var, təsdiqlənib, bəs terrorçu niyə erməni tərəfə təhvil verilir?
Artıq bütün erməni KİV-İ Norayr Mirzoyanı qəhrəman elan edib. Onun terrorçu əməlinə Azərbaycan tərəfi qiymət verməlidir, erməni tərəfi yox.
Xuraman Etibarlı
KONKRET.az


Bəs nə gözləyirdiniz ? Belə də olmalı idi. Nə qədər ki, Laçın dəhlizində postumuz qurulmayıb hələ çox belə hadisələr baş verəcək. Bunu niyə başa düşmək istəmirik