Tərtərdə ağır qəza, ölən var – Fotobackend

Tərtərdə ağır qəza, ölən var - Foto

Bu gün Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtərin Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsrafil Həsənovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1975-ci il təvəllüdlü Rövşən Əliyevin idarə etdiyi “BMW” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. “VAZ-2107”nin sürücüsü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*