Tərtərdə minaya düşərək xəsarət alan yol işçilərinin durumu AÇIQLANDIbackend

Tərtərdə minaya düşərək xəsarət alan yol işçilərinin durumu AÇIQLANDI

Tərtərdə minaya düşərək xəsarət alan yol işçilərinin durumu açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, Tərtər Rayon Mərkəzi Xəstəxanasından report-a bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə ilkin tibb yardım yardım göstərilib və evə buraxılıb.

Qeyd olunub ki, digər şəxsin vəziyyəti isə kafi olaraq qiymətləndirilir, hazırda həkim müşaiyəti altındadır.

Xatırladaq ki, bu gün Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*