Repetitor fəaliyyəti ilə məşğul olan şəxs CƏRİMƏLƏNDİbackend

Repetitor fəaliyyəti ilə məşğul olan şəxs CƏRİMƏLƏNDİ

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə Mehriban Mehdiyevanın rayon ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evində repetitor fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

M.Mehdiyeva xüsusi karantin rejiminin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, orada olan 11 nəfər şagirdin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*