Kiprdə 270 sərnişinin olduğu gəmi batır: 159 nəfər…- VİDEO/Yenilənib backend

Kiprdə 270 sərnişinin olduğu gəmi batır: 159 nəfər...- VİDEO/Yenilənib 

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmidən 159 nəfərin xilas edildiyi açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.

“Gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 270 nəfər var. Onlardan 159 nəfəri xilas edilib. Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, “Akgünlerin Express” gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub”, – şəhər meri bildirib.

***

Şimali Kiprin Girnə şəhəri sahillərində göyərtəsində təxminən 270 sərnişin olan bərə batıb.

KONKRET.az xəbər verir ki, bu barədə Şimali Kipr mətbuatı məlumat yayıb.

“Girnə sahillərindən təxminən 2-2,5 kilometr aralıda üzən gəminin kapitanı arxa hissədən suyun dolduğunu görüb geri qayıtmağa çalışsa da, bu cəhd uğursuz olub”, – məlumatda qeyd olunub.

Şimali Kiprin İctimai İşlər və Nəqliyyat naziri Erhan Arıklı bildirib ki, ərazidə genişmiqyaslı xilasetmə əməliyyatı keçirilir.

Nazirin sözlərinə görə, Girnədən Mersinin Taşucu limanına doğru hərəkət edən sərnişin gəmisi sahildən 4 mil aralıda su almağa başlayıb və nəticədə çevrilib.

O vurğulayıb ki, xilasetmə əməliyyatına Sahil Mühafizəsinin katerləri, helikopterlər və ərazidəki mülki gəmilər cəlb olunub.

Gəminin batma səbəbi bilinmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*