Teymur Musayev: “Qapalı məkanlarda maska taxmaq tövsiyə olunur”backend

Teymur Musayev: "Qapalı məkanlarda maska taxmaq tövsiyə olunur"

“Tibbi maska taxmaq barədə qayda ləğv olunsa da, qapalı məkanlarda maska taxmaq tövsiyə olunur”.

KONKRET.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə bildirib.

“Hazırda COVID-19-la bağlı vəziyyət nəzarət altındadır. Bəli, maska rejimi ləğv olunur, amma qapalı məkanlarda yenə də maska taxmaq məsləhətdir. İndi vəziyyət sabitdir. Amma payıza qədər diqqətli olmaq lazımdır, çünki temperatur aşağı düşəcək və yeni ştamlar yarana bilər” – deyə nazir qeyd edib.

Xatırladaq ki, mayın 1-dən ölkədə tibbi maska taxmaq tələbi ləğv olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*