Teymur Rəcəbov çinlilərlə oynamayacaqbackend

Teymur Rəcəbov çinlilərlə oynamayacaq

Şahmat üzrə İddiaçıların Turnirinin püşkatmasının detalları açıqlanıb.

KONKRET.AZ xəbər verir ki, FİDE-nin müəyyənləşdirdiyi qaydaya əsasən eyni ölkədən olan şahmatçılar ilk turlarda qarşılaşacaq.

Bu, təmsilçisi ikidən çox olan ölkələrə – Çin və Rusiya qrossmeysterlərinə şamil olunacaq. Asiya ölkəsinin şahmatçıları Din Lirenlə Van Hao I turda və ikinci dövrənin startında, yəni VIII turda üz-üzə gələcək.

Rusiyalılar Aleksandr Qrişuk, Yan Nepomnyaşi və Kirill Alekseyenko arasında qarşılaşmalar ilk üç tura təsadüf edəcək. Rusiya duelləri 1-3 və 8-10-cu turlarda gerçəkləşəcək.

Bu isə o deməkdir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov ilk turda Çin idmançısı ilə qarşılaşmayacaq. Lakin o, rusiyalılardan biri ilə üz-üzə gələ bilər.

Qeyd edək ki, martın 16-dan aprelin 4-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək turnirdə çinli və rusiyalılarla yanaşı, Fabiano Karuana (ABŞ) və Aniş Giri (Niderland) də T.Rəcəbovun rəqibləri olacaq.

Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*