
Təcili yardım təyyarəsi Qazaxıstanın Praporşikovo ərazisində qəzaya uğrayıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, qəza nəticəsində zərərçəkənlər olub.
“AN-2 təyyarəsi qəzaya uğrayıb, göyərtəsində beş nəfərdən ibarət tibbi aviasiya briqadası var. Ölən olmayıb, ancaq sərnişinlər ciddi xəsarət alıb. Düşmə nəticəsində təyyarə yanıb. Yanğın artıq söndürülüb”, – deyə rəsmi məlumatda bildirilir.
