The Guardian: “Boris Conson Brexit şərəfinə bir parti təşkil edəcək”backend

The Guardian: "Boris Conson Brexit şərəfinə bir parti təşkil edəcək"

Böyük Britaniyanın Baş naziri Boris Conson yanvarın 31-də kabinet üzvləri və digər yüksək rütbəli məmurlar üçün Dauninq-stritdəki iqamətgahında əyləncəli gecə təşkil edəcək.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı The Guardian qəzeti yayıb. Qəzet bildirir ki, ziyafətdə qonaqlara ingilis mavi pendirli “Şropşir mavi” biskvit, quzu filesi, içərisində duzlu xiyar olan ingilis çoban piroqu, toyuq kababı, həmçinin Yorkşir pudinqi ilə rostbif təqdim olunacaq. İçkilərdən qonaqlara Britaniya köpüklü şərab təklif olunacaq. Böyük Britaniyanın AB-dən çıxmasından bir saat əvvəl Consonun Britaniya vətəndaşlarına müraciət edəcəyi gözlənilir. Həmçinin qeyd edilir ki, Dauninq-stritdəki bina Britaniya bayrağının rəngində işıqlandırılacaq, fasadda isə Brexit-ə qədər vaxtı hesablayan saat quraşdırılacaq.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*