Növbəti dörd həftə Rusiyanın Ukraynadakı müharibəsinin yekun nəticəsini müəyyənləşdirəcək, uzunmüddətli nəticələr gələcək onilliklər ərzində Avropanın xəritəsinə təsir edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinə adının açıqlanmasını istəməyən Bayden administrasiyasının yüksək vəzifəli rəsmiləri məlumat verib.
Rəsmilərin fikrincə, əgər Rusiya şərqdə uğurunu əldə saxlasa, Putinin ölkə daxilində “xüsusi hərbi əməliyyatı” məhdud nailiyyət kimi təqdim etmək və Ukraynanın rusiyapərəst azlığını müdafiə etdiyini iddia etmək üçün daha yaxşı şansı olacaq. O zaman Rusiya lideri atəşkəs üçün təkan verə bilər, amma yenə də Donbasdan istənilən danışıqlarda təsir rıçaqı kimi istifadə etmək cəsarətinə malikdir.
ABŞ rəsmilərinin fikrincə, Ukrayna hərbçiləri Rusiyanın Donbassdakı hücumunu dayandıra bilsələr, Rusiya prezidenti çətin seçim qarşısında qalacaq. Belə olan təqdirdə rəsmi Kiyev illərlə davam edə biləcək müharibəyə daha çox güc toplamaq və ya sülh danışıqlarını ciddi şəkildə davam etdirmək planını işə salacaq.
Rəsmilərin fikrincə, birinci variant tam milli səfərbərlik demək ola bilər və Kreml rəhbəri üçün bu, siyasi baxımdan risklidir.
Nəşrin həmsöhbətlərindən biri hesab edir ki, Pentaqon düzgün silahlarla, yüksək əhval-ruhiyyə və motivasiya ilə Ukrayna qüvvələrinin nəinki Rusiyanın irəliləyişini dayandıra, hətta onu geri itələyə biləcəyinə inanır.
Sevinc Paşayeva,
KONKRET.az
