“The Washington Post”: “FTB Trampın evində nüvə silahı ilə bağlı sənədləri axtarırdı”backend

The Washington Post”: "FTB Trampın evində nüvə silahı ilə bağlı sənədləri axtarırdı"

“FTB agentlərinin keçmiş prezident Donald Trampın Florida iqamətgahında axtardıqları əşyalar arasında nüvə silahlarına aid məxfi sənədlər də olub”.

KONKRET.az xəbər verir ki, bunu “The Washington Post” nəşri istintaqla tanış olan mənbələrə istinadən yazıb.

Nəşrin həmsöhbətləri axtarılan sənədlərin məzmunu ilə bağlı heç bir təfərrüat verməyiblər.

Qeyd edək ki, bazar ertəsi axşam Tramp Florida ştatındakı “Mar-a-Laqo” malikanəsində FTB agentləri tərəfindən axtarış aparıldığını və ABŞ-ın hazırkı lideri Co Baydenin bu axtarışdan əvvəldən xəbəri olduğunu deyib.

Bir sıra media orqanları axtarışın Trampın vəzifədən getdikdən sonra Ağ Ev sənədlərini mənimsəməsi ilə bağlı olduğunu bildirib.

Tramp tərəfdarları isə bu araşdırmanın siyasi motivli olduğuna inanırlar. Onlar iddia edir ki, burada məqsəd eks-prezidentin 2024-cü il seçkilərində iştirakının qarşısını almaqdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*