Gürcüstanın paytaxtı Tiflisdə “Covid-19”(yaşıl pasport – red.) pasportu əleyhinə nümayiş keçirilib.
KONKRET.az xəbər verir ki, “Covid-pasporta yox!”, “Covid-terrora yox!” şüarları ilə keçirilən nümayişə bu dəfə hava şəraiti səbəbindən daha az insan qatılıb.
İştirakçılar Birinci Respublika meydanından Rustaveli prospekti boyunca hərəkət edərək prezident administrasiyası binasının qarşısına kimi gəliblər.
Qeyd edək ki, pandemiyadan dolayı 1 dekabrdan bəri qonşu ölkədə “yaşıl pasport” sistemi tətbiq edilir. Bu səbəbdən Gürcüstanın müxtəlif iri şəhərlərində yeni qaydanın əleyhinə aksiya-nümayiş təşkil edilir.
