Ukraynanın müxalifətçi “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko Radanın spikeri Dmitri Razumkovun yerində mikrofonun naqillərini qırıb və barmağını zədələyib.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, fevralın 6-da Ali Radada torpaq bazarı haqqında qanun layihəsi müzakirə edilib.
Sənədə görə parlamentdə deputatlar arasında qarşıdurma baş verib. Timoşenko da davaya qoşulub və spikerin mikrofonunu qırmaq istəyərkən barmağını zədələyib.
Yaralandıqdan sonra Timoşenko barmağına plastır yapışdırıb və yığıncaqda iştirak etməyə davam edib.
“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyanın sözlərinə görə, “Batkivşina”nın lideri dövlətə dəymiş ziyanı indi kompensasiya etməlidir.
“Əks halda onu cinayət məsuliyyəti gözləyir”, — deyə Araxamiya hədələyib.
Babək Göyüş
KONKRET.az
