“Titan”ın qəzaya uğradığı ərazidə insan qalıqları tapıldıbackend

“Titan”ın qəzaya uğradığı ərazidə insan qalıqları tapıldı

Atlantik okeanında “Titan” batiskafının qəzaya uğradığı ərazidə insan qalıqları tapılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizə Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Sahil Mühafizəsi Atlantik okeanının dibindən “Titan” sualtı gəmisinin bəzi hissələri ilə yanaşı insan qalıqlarını da çıxarıb.

“Titan”ın faciəvi sonuna səbəb olan amilləri anlamaq üçün hələ də mühüm işlər görülməlidir ki, bu, gələcəkdə baş verməsin”, – təhqiqat komissiyasının rəhbəri Ceyson Noybauer deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*