Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdıbackend

Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı

Azərbaycanın 1-ci Dövlət Katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, Mir Heydər İsmayılov iki nəfərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verməkdə, onların 810 min manatını ələ keçirməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq -xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Tofiq İsmayılov 1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının ilk Dövlət Katibi vəzifəsinə təyin edilib. Həmin il noyabrın 20-də Qarabağın Qarakənd kəndi üzərində hərbi vertolyotun vurulması nəticəsində faciəli surətdə həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*