Tokayev Nazarbayevin yaxın adamını Astanaya AKİM TƏYİN ETDİ – Rusiya qıcıqlandıbackend

Tokayev Nazarbayevin yaxın adamını Astanaya AKİM TƏYİN ETDİ - Rusiya qıcıqlandı

Paytaxtın hökumət dəhlizlərində Qazaxıstan Prezidenti Qasım-Comart Tokayevin andiçmə mərasimindən dərhal sonra şəhər və rayon akimlərinin yenidən təyin edilməsi proseduru geniş müzakirə olunur.

KONKRET.az xəbər verir ki, artıq Astana meri Altay Kulginov vəzifəsindən azad edildi. Qeyd edək ki, Kulginovun paytaxta qeyri-peşəkar rəhbərliyi və müxtəlif qazax oliqarx qruplarının nümayəndələri ilə əlaqələri sayəsində özünü nüfuzdan saldığı bildirilir.

Qasım-Comart Tokayevin Sərəncamı ilə bu vəzifəyə Karaqanda vilayətinin rəhbəri Jenis Kasımbek təyin olunub.

O, hazırda ən səriştəli məmurlardan biri hesab edilir. 2019-cu ildə Karaqandaya akim təyin olunan Jenis Kasımbek əvvəllər nəqliyyat və rabitə naziri, investisiyalar və inkişaf naziri, sənaye və infrastrukturun inkişafı naziri, Qazaxıstanın baş nazirinin müavini vəzifələrində çalışıb. Bundan əlavə, Kasımbek çox uzaqgörən dövlət qulluqçusu kimi müəyyən nüfua malikdir. O, akim olduğu müddətdə bir vaxtlar bölgəni zəbt edən və nəzarəti bölüşdürən Karaqanda klanları ilə kəllə-kəlləyə gəlməyi bacardı. Qeyd edək ki, bu ölkədə də klanlararası qanlı mübarizələr gedir. Məsələn, vaxtilə “Qazaxmıs” korporasiyasının dəstəklədiyi əkiz qardaşlar Nurlan və Yerlan Niqmatulinlərlə keçmiş baş nazir və keçmiş müdafiə naziri Serik Axmetovun münaqişəsi ikincinin məhkum edilməsi ilə nəticələndi.

Jenis Kasımbek Çudandır, lakin onun Qazaxıstanın cənubunun klanları ilə əlaqəsi yaxın deyil; eyni zamanda, o, uzun müddət Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin dəftərxanasının rəhbəri olmuş atası Mahmud Kasımbek vasitəsilə şübhəsiz ki, “köhnə Qazaxıstan”ın nümayəndələri ilə bağlıdır. Bu hal, təbii ki, müəyyən mənada onun gələcək karyerasına maneə ola bilər, lakin onun karyera yüksəlişinin əvvəllər təkcə atasının himayəsi ilə deyil, həm də müəyyən şəxsi keyfiyyətləri və səriştələri ilə bağlı olduğu barədə fikirlər var.

Yeri gəlmişkən, Jenis Kasımbek Turan ideyasının iqtisadi əsaslarını dərindən bilən siyasi fiqur kimi də türk dünyasında yaxşı tanınır.

Ona görə də hazırda Qazaxıstan cəmiyyətində prezidentin bu qərarını geniş müzakirə edirlər. Çünki yeni təyinatın Putin Rusiyası tərəfindən qıcıqla qarşılanacağı şübhəsizdir.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*