Tokayev onları BAĞIŞLADIbackend

Tokayev onları BAĞIŞLADI

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Amnistiya haqqında” qanunu imzalaması ilə bu ilin yanvar hadisələrinin 1500 iştirakçısı azadlığa buraxılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Amnistiya iğtişaşların yatırılması zamanı cinayət törətmiş hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşlarını da əhatə edir.

Amma terrorçular, ekstremistlər, residivistlər, iğtişaşların təşkilatçıları və işgəncə verən şəxslər amnistiyaya düşməyib.

Qeyd edək ki, bu il yanvarın əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib, polisə və hərbçilərə hücum edilib. O vaxt Tokayev dövlət çevrilişinə cəhdin olduğunu bəyan etmiş və kömək üçün KTMT-yə müraciət edib. Yanvarın 7-də Qazaxıstanda vəziyyət sabitləşib, yanvarın 19-da isə bütün ölkədə fövqəladə vəziyyət ləğv edilib. Rəsmi məlumata əsasən, bu hadisələr nəticəsində 238 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*