Tokayevdən prezidentlik müddəti ilə bağlı açıqlamabackend

Tokayevdən prezidentlik müddəti ilə bağlı açıqlama

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev prezidentlik müddəti ilə bağlı bəyanat verib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, Tokayev prezidentin iki müddətə vəzifə tuta biləcəyini qeyd edərək, bu tələbin pozulmamalı olduğunu vurğulayıb.

“Mart ayında xalqa müraciətim zaman bu məsələ ilə bağlı təkliflər verəcəyəm”, – Tokayev əlavə edib.

Qazaxıstan lideri bir müddət əvvəl respublikanın prezidenti olaraq nə qədər qalacağını bilmədiyini, lakin mütləq iki müddətdən artıq olmayacağını demişdi.

Tokayev 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan prezidenti vəzifəsini icra edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*