Tolik bağlanan verilişindən danışdı — “Müğənnilərin tərbiyəsizliyinin qurbanı oldum”backend

Tolik bağlanan verilişindən danışdı — “Müğənnilərin tərbiyəsizliyinin qurbanı oldum”

Prodüser Tolik “Hər şey daxil” verilişinin bağlanmasından danışıb.

KONKRET.az xəbər verir ki, o, Ruhi Əliyevanın təşəbbüsü ilə çəkilən “Ağır Romantik” filminin qala gecəsində, jurnalistlərin suallarını cavablandırıb.

“Elza xanım canlı yayıma bağlanmaq istədi və mən bunu təşkil etdim. O, Mətanət Əsədovanın oxuduğu mahnıdan bir sitat gətirdi. “At ilə ulaq məsələsi”. O, “Mətanət xanım at ola-ola, özünü ulaq yerinə qoyub” ifadəsini işlətdi, bu da Mətanət xanımın xoşuna gəlmədi. O da Elza Seyidcahana qarşı qeyri – etik söz istifadə etdi. Buna görə də Murad müəllim veriliş bitən kimi  böyük bir iclas etdi. İclasda verilişin bağlanmasına qərar verildi. Əsas hər şey yaxşı bitdi. Çox xoşbəxtəm ki,  mən yenə də “Xəzər” ailəsinin üzvüyəm ”,- deyə o, bildirib.

Sonda Tolik müğənnilərə ismarıc göndərməyi də unutmayıb.

O, Ruhi Əliyevanın təşəbbüsü ilə çəkilən “Ağır Romantik” filminin qala gecəsində, jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, “Hər şey daxil” verilişində Elza Seyidcahan və Mətanət Əsədova arasında qalmaqal yaşanıb. Bundan sonra kanalın rəhbəri Xalq artisti Murad Dadaşov verilişin bağlanması haqqında qərar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*